“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
Şou-biznes 1050
“Buta Airways” loukost aviaşirkəti Bakıdan Ukraynanın daha iki şəhərinə - Odessa və Xarkova birbaşa uçuşlara başlayacaq.BAKU.WS-in məlumatına görə, Odessaya uçuşlar cari ilin 16 may tarixindən etibarən həftənin cümə axşamı və bazar günləri, Xarkova uçuşlar isə 3 may tarixindən etibarən çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.Ukraynaya yeni istiqamətlərin açılması iki ölkə arasında turist axınını daha da artıracaq. Qeyd edək ki, "Buta Airways" aviaşirkəti artıq Bakı və Kiyev arasında müntəzəm uçuşlar həyata keçirir.Aviaşirkətin digər istiqamətləri kimi Odessa və Xarkova da minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.Aviabiletləri artıq aviaşirkətinrəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə edə bilərsiniz.Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.BAKU.WS

Son xəbərlər