Bu məşhurlar BORCLARI ilə gündəmə gəlib

Bu məşhurlar BORCLARI ilə gündəmə gəlib
Araşdırma
Şou-biznes 218

Məşhurluq, bahalı həyat tərzi və göz önündə olan karyera çox zaman insanların bu şəxsləri maddi cəhətdən problemsiz təsəvvür etməsinə səbəb olur. Amma reallıq fərqlidir - bir çox tanınmış müğənni və aktyor illər ərzində borc, vergi və maliyyə idarəçiliyi ilə bağlı ciddi çətinliklər yaşayıb. Onların bəziləri iflasa qədər gedib çıxıb.

BAKU.WS-in araşdırmasına görə, dünyaca məşhur bir çox sənətçi və aktyor, uğurlu karyeralarına baxmayaraq, maliyyə idarəçiliyi və vergi problemləri səbəbindən borc qalmaqalları ilə gündəmə gəlib.

Toni Brakston iki dəfə iflas elan edib. "eBiographypost" yazır ki, müğənninin borcları milyonlarla dollarla ölçülüb.

Uilli Nelson ABŞ Vergi İdarəsinə (IRS) təxminən 16–17 milyon dollar borclu olub və bu səbəbdən onun bir sıra əmlakları müsadirə edilib.

Aeron Karter gənc yaşlarında 3,5 milyon dollardan çox borc səbəbindən iflas üçün ərizə verib.

Boy Corc ("Culture Club" qrupunun üzvü) 1,8 milyon funt sterlinq borcu olduğunu və ödəmə planı hazırladığını etiraf edib.

Marvin Qey isə ölümündən əvvəl 9 milyon dollardan çox borcu ilə yadda qalıb. Bu məbləğin əsas hissəsinin vergi və aliment öhdəliklərindən qaynaqlandığı bildirilir.

Aktyorlar arasında da borc halları az deyil. Nikolas Keyc ABŞ-də 13,3 milyon dollar vergi borcu ilə gündəmə gəlib.

Kevin Speysi (Kevin Spacey) hüquqi xərclər və məhkəmə iddiaları səbəbindən milyonlarla dollar borcu olduğunu açıqlayıb.

Stiven Bolduin (Stephen Baldwin) isə vergi borcları və məhkəmə məsuliyyətləri səbəbindən ciddi maliyyə çətinlikləri yaşayıb.

Mütəxəssislər bildirir ki, bu hallar göstərir: məşhurluq və yüksək gəlir belə, düzgün maliyyə planlaşdırması olmadıqda insanı borc bataqlığından xilas etmir.

Son xəbərlər