Bu gün Od çərşənbəsidir
Yeniliklərdən dərhal xəbərdar olun
Qədim zamanlardan günümüzədək Novruz ən gözəl milli bayramımız hesab edilərək, hər il bolluq, ruzi-bərəkət, firavanlıq rəmzi və yeni ilin başlanğıcı kimi təmtəraqla qeyd olunub. Novruz bayramından əvvəlki dörd çərşənbə (su, od, yel, torpaq) xüsusi mərasimlərlə keçirilir.
Çərşənbə axşamlarının hər birində tonqal qalansa da, Od çərşənbəsinin özünəməxsus xüsusiyyətləri var. Bu gün məhz Od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının özəlliyi var. Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi qazanlar qaynamalı, evdə ocağının üstü boş qalmamalıdır.
Tədqiqatçılar Od çərşənbəsini qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan atəşpərəstlik dini ilə bağlayırlar. Çünki Zərdüşt tərəfindən yaradılan Avesta kitabındakı odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix boyunca özünü güclü şəkildə göstərib. Hətta Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşgah da buna əyani misaldır.
Hər evin və binanın qarşısında tonqal qalanması həmin ilin isti, bərəkətli keçməsinə nişanədir.
Od çərşənbəsi hamı müxtəlif xörəklər bişirməli və masanın bayram şirniyyatları olmalıdır. İnsanların inancına görə, süfrənizin bol, bərəkətli olması ilinizin ruzili və sevinc dolu keçməsinə səbəb olur.
Hər zaman ocağınızın yanar, odunuzun sönməz, eviniz işıqlı olması diləyilə, Od çərşənbəniz mübarək olsun!
Oxşar xəbərlər
Bu gün Yel çərşənbəsi qeyd olunur
Bu gün Azərbaycanda Novruzun 3-cü çərşənbəsi - Yel çərşənbəsi qeyd olunur.Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında...