Bu da Zamiqin mediadan gizli saxladığı oğlu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Zaur Kamal müğənni Zamiq Hüseynovun oğlunun ictimaiyyətdən gizli saxladığı görüntülərini ondan icazəsiz efirdə nümayiş edib.
BAKU.WS xəbər verir ki, Z.Kamal "5-də 5" verilişinin qonağı olan Zamiqə 8 aylıq Zeynin telefonda olan görüntülərinə baxmaq istədiyini deyib.
Zamiq görüntülər efirdə nümayiş olunmamaq şərtilə telefonu ona verib. Lakin aparıcı onun bu şərtinə əməl etməyib və ötən ilin sentyabr ayında doğulan Zeynin görüntülərini efirə verib. Bunu görən ifaçı ayağa qalxaraq telefonu aparıcının əlindən alıb.
"Uzaqdan göstərə bilərsən. İstəmirəm, çəkilib paylaşılsın. Düzgün başa düşün. Səhifələrdə neqativ şərhlər, təhqirlər yazılır. Bu səbəbdən istəmirəm".
Xatırladaq ki, müğənni Zamiq Hüseynov mediadan şəxsi həyatı ilə bağlı məsələlərə həssas yanaşmağı xahiş etmişdi.
Oxşar xəbərlər
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ - VİDEO
Kirayə ilə ev almaq dövrü başladı. BAKU.WS "marja"ya istinadən xəbər verir ki, elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq. Müra...