Brilliant Dadaşova: "Mən onun qəhrəmanı idim, indi o, mənim qəhrəmanımdır" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, ifaçı instaqram hesabında iştirak etdiyi tədbirlərdən birindən fotolar yayımlayıb. Tədbir zamanı qazilərlə bir araya gələn Xalq artisti onlardan biri ilə bağlı xatirələrini paylaşıb.
"Qazilərimizdən biri mənə dedi ki, Mingəçevirdə mənim solo konsertimdə olub. Onun 8-9 yaşı var imiş. Qaça-qaça gəlib dəyib mənə. Bilmirəm yıxılmışam, yoxsa divara dəydim. Bu, bir təsadüfdür, yoxsa zərurət... Bu gün o, bir qəhrəmandır. Onun qarşısında çıxış edirəm, baş əyirəm. Allah sizi var etsin".
Dadaşova daha sonra Tural adlı hərbçi ilə şəklini paylaşaraq "Mən onun qəhrəmanı idim, indi o, mənim qəhrəmanımdır" qısa şərhini də əlavə edib. Digər qazilərlə də foto çəkdirən sənətçi göz yaşlarını saxlaya bilməyib.
Qalereya
Oxşar xəbərlər
Brilliant Dadaşovanın bu rəqsi müzakirələrə səbəb oldu - VİDEO
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, sənətçi şəxsi “Instagram” hesabında məkanlardan birindəki...