Brilliant Dadaşova adının Hacı Məmmədovla hallanmasına aydınlıq gətirdi - VİDEO

Brilliant Dadaşova adının Hacı Məmmədovla hallanmasına aydınlıq gətirdi - VİDEO
Video
Şou-biznes 1607

Xalq artisti Brilliant Dadaşova adının illərdir məşhur din xadimi və kriminal dəstənin başçısı Hacı Məmmədovla hallanmasına aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, Dadaşova " rel="external noopener noreferrer"> "Toliklə səmimi" layihəsində deyilənləri şər və böhtan adlandırıb:

Adımın hallandığı nə o din adamı ilə, nə də Hacı Məmmədovla (Azərbaycanın Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı və kriminal dəstə başçısı) bir kəlmə belə kəsməmişəm. O cinayətkarla bağlı hökumət mənə bir sual belə vermədi. Çünki orada oturanlar ağıllı adamlardır, çörəyi qulaqlarına yemirlər. Hökumət hər şeyi çox gözəl bilir.

Amma indi nahaq dünyada olan İlhamə Quliyeva kimi insanlar və onun ətrafındakı jurnalistlər məhz o adamın adını mənim adımın yanında çəkməyə başladılar. Mən inanıram ki, İlhamə Quliyeva nahaq dünyadadır, çünki nahaq sözlər çox danışırdı.

Mən o xaricdə oturub özünü müxalifətçi adlandıran dılğıra orada yazdım ki, əgər mən sənin dediyin o din adamı ilə kəlmə kəsmişəmsə, Allah mənə lənət etsin. Yox, əgər sən yalan deyirsənsə, Allah sənə lənət etsin. Səhəri günü dedilər ki, o adamı Ukraynadan deportasiya etdilər".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər