Boşandığı deyilən Silvestr Stalonne arvadı ilə əl-ələ - FOTO

Hollivud ulduzu Silvestr Stallone şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, model həyat yoldaşı Cennifer Flavinlə ayrıldığı deyilən aktyor onunla əl-ələ görüntülənib.
Cütlüyün birlikdə fotosunu Stalonne şəxsi instaqram hesabında yayımlayıb. Silvestrin paylaşımında qızları və arvadı ilə arxiv şəkili də yer alıb.
Aktyor həyat yoldaşı ilə olan fotosuna "Ecazkar" sözünü də yazıb.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl Silvestrin model arvadı Cennifer 25 illik evliliyi sonlandırmaq üçün məhkəməyə müraciət etmişdi. Stallone və Flavin 1997-ci ildə ailə həyatı qurublar. Cütlüyün bu evlilikdən üç qızı var.
Qalereya
Oxşar xəbərlər
Van Dammın oğlu: “Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - FOTO
Məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Damm və onun azərbaycanlı xanımı Suada Hacızadə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya...
