Şəbnəm Tovuzlu dəhşətli qəzaya düşməsindən danışdı: "Sevinənlər su içsin" (VİDEO)

Şəbnəm Tovuzlu dəhşətli qəzaya düşməsindən danışdı: Sevinənlər su içsin (VİDEO)
Video
Şou-biznes 3850
 

Bir neçə gün əvvəl ağır yol qəzası keçirdiyi deyilən müğənni Şəbnəm Tovuzlu danışıb. 

BAKU.WS-in məlumatına görə, ifaçı Mingəçevirdə baş tutmayan konsertin təşkilatçılarını dələduzluqda ittiham edib və gələn qonaqlardan üzr istəyib.

"Kim nə yazır yazsın boş boğazlar çoxdur. Allah məni qorusun. Həyat dəvam edir. Mingəçevirin təşkil etdiyi konserdə o təşkilatçı kimi dələduzluqla pul qazanmaq istədi, amma Şəbnəm imkan vermədi. Bura gələn qonaqların günahı yoxdur. Mən onlardan üzr istəyirəm. Bu qəza olmasaydı da mən getməyəcəkdim o konsertə. Paxıllar, sevinənlər su içsinlər".

Qeyd edək ki, müğənninin Gəncədən Bakıya qayıdarkən qəzaya düşdüyü deyilirdi. Qəflətən qarşılarına çıxan "VAZ 07" avtomobili ilə toqquşan "Mercedes Viano" maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub. Daha sonra isə Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, bu hadisə barədə heç bir  dəqiq məlumat yoxdur. Ümumiyyətlə, son 3 gündə Azərbaycanda "Mercedes Viano” və "VAZ-2107” markalı avtomobillərin toqquşması barədə qəza qeydə alınmayıb:

İman

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər