Biləsuvarda hind toyuğu festivalı keçirilib - FOTO

Biləsuvar rayonunda Azərbaycanda ilk dəfə olaraq hind toyuğu festivalı keçirilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, tədbir şəhərin Mərkəzi Parkında baş tutub.
Festivalda hind toyuğundan hazırlanmış yerli təamlar nümayiş olunub. Tədbir çərçivəsində yerli kənd məhsullarından təşkil olunmuş satış yarmarkaları, rəsm sərgiləri, peşə təmayüllü şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.
Eyni zamanda, festivalda respublikanın ən məşhur aşpaz və dequstatorları da iştirak edib.
Sonda ən yaxşı dadlı təamları hazırlayan biləsuvarlılar xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, festival "Azər Home Chef" şirkətinin, eləcə də "Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək" İctimai Birliyinin təşkilatçılığı və Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.
Qalereya
Oxşar xəbərlər
X Qəbələ Beynəlxalq Musiqi Festivalı proqramını açıqlayıb
Azərbaycan və regionun klassik musiqi həyatında ən mühüm hadisəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı bu il öz 10 illik yubileyini qeyd edir. Heydər Əli...
