“Bezdim, iyrəndim” - Mətanət Azərbaycanı tərk edir – VİDEO

16
apr
2018
11:43
ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı müğənni Mətanət Əsədova olub.Müğənni Azərbaycanı tərk edəcəyindən danışıb:“Allah imkan versə beynimdə iki yer canlanır. Biri Mərakeşdir, biri isə Tükiyədir. İkisi də mənə yaxın ölkələrdir. Sadəcə gedəsən beynin açılsın. Nə qədər söz-söhbət, qiybət, nə qədər yalandan təriflər olar. Mən sadəcə barışa bilmirəm bu yalanlarla. Mənə də alqış olsun, ona da? Olmur axı. Bu paxıllıq deyil. Allaha şükür görmüşüm, sənətim səsim, hörmətim, izzətim göz qarşısındadır. Uşaq deyiləm kiməsə paxıllıq edib başımı yorum. Sözünü demiş insanam mən. Ehtiyacım yoxdur ki, nə iləsə reklam olunum. Bəlkə də, kimsə mənə söz atar, reklam olunar. Mənlik deyil elə şeylər. Sadəcə mən yoruldum, bezdim, iyrəndim”.BAKU.WS

Oxşar xəbərlər
Mətanət efirdə gənc ifaçıya oxumağı qadağan etdi: “Cangüdənim ol” - VİDEO
ARB TV-nin “Sayqa ilə bu axşam” proqramının növbəti qonağı müğənni Mətanət Əsədova olub.Proqrama qatılan digər qonaq isə gənc müğənni Kamran Zahidli olub.Kamran...