Bazar ertəsinin ulduz falı - 6 avqust
06
avq
2018
00:05
BAKU.WS həftənin ilk iş gününün - 6 avqust tarixinin qoroskopunu təqdim edir: Qoç - Uğurlu gündür. Peşəkarlıq intuisiyanız sizi yanıltmayacaq. Daha yüksək maaşlı işə keçə bilərsiniz. Həmkarlar və şəriklərlə birgə fəaliyyətdə yaranan anlaşılmazlığı müzakirələrlə, danışıqlarla aradan qaldırmaq olar. Şəxsi həyatınızda yaxşılığa doğru ciddi dəyişikliklər gözlənilir. Buğa - Gərgin gündür. Yolunuzda çətinliklər yaranarsa, təslim olmayın. Bu gün nümayiş etdirdiyiniz inadkarlıq yaxın gələcəkdə öz bəhrəsini verəcək. Tezliklə qarşınızda yeni qapılar açacaq əməkdaşlığın başlanması mümkündür.Əkizlər - İşgüzar mühitdə gərginlik yarana bilər. Səbəbləri özünüzdə arayın. Nikbin olun. Həyatın ağ və qara zolaqlardan ibarət olduğunu unutmayın. İstənilən halda düşünülməmiş addımlar atmayın. Problemlərin həllini zamana buraxın.Xərçəng - Ağır gündür. Problemlərin həllində intuisiyanızı işə salın. Peşəkar fəaliyyətinizdə diqqətli və sayıq olun. Ətrafdakılara hiyləgər insan təsiri bağışlayacaqsız, amma belə etməsəniz, həlli mümkün olmayan problemlərlə üz-üzə qala bilərsiz.Şir - Pozitiv gündür. Yeniliklər və dəyişikliklər gözlənilir. Onların nə dərəcədə uğurlu olacağı isə sizdən asılıdır. Qətiyyətli davranın. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Şəxsi münasibətləri qaydasına salmaq istəyirsizsə, səmimiyyətə deyil, diplomatik addımlara üstünlük verin. Qız - Xoş olmayan sürprizlərlə dolu gündür. Xoşagəlməz situasiyaların yaranmasının qarşısını almaq istəyirsizsə, ayıq-sayıq olun. Yaxın ətrafınıza diqqətlə baxın. Sizə bilərəkdən mane olan, işlərinizə pəl vuranlar var. Tərəzi - Hər mənada əlverişli gündür. Sərfəli işgüzar təkliflər alacaqsız. Yenilik və qeyri-ənənəvilik sizi qorxutmasa, uzun müddətli işgüzar müqavilələr bağlaya bilərsiz. Diqqət mərkəzində olacaqsız, hər kəs sizin qələbəyə, mükafata layiq olduğunuzu düşünür.Əqrəb - Passiv gündür. Buna baxmayaraq, qarşınıza qoyduğunuz məqsədlərə doğru inamla addımlayın. Aqressiv yox, sərt olun. Mövqelərinizi kimsəyə güzəştə getməyin. Dəyər verdiyiniz insanın sağlıq durumunda problem yaranarsa, dərhal həkim çağırın.Oxatan - Maliyyə itkisi istisna edilmir, diqqətli olun. Pulunuzun qədrini bilin. Yaxşı tanımadığınız insana borc verməyin. Axşam saatları anlaşma və müqavilələr, yeni iş yerində fəaliyyətə başlamaq üçün münasib zaman deyil.Oğlaq - İşlərin çoxluğundan başınızı itirəcəksiz. Hər şeyi mümkün qədər qısa müddətə bitirmək istəyi heç yaxşı keyfiyyət deyil. Maksimum sürətdən sonra fəaliyyət tempiniz aşağı düşəcək. Sevgi etirafı üçün ideal gündür. Bu gün etiraflar razılıqla qarşılanacaq.Dolça - Emosional gündür. Təmkinli olmasanız, işlərinizdə ləngimə və ya təxirəsalmalar yarana bilər. Diqqətsizlik səhv riskini artırır. Özünüzü ələ alın, soyuqqanlı olun. Hadisələrin gedişatına kənar müdaxilələrə imkan verməyin. Başladığınız işi maksimal dərəcədə keyfiyyətlə görməyə can atın.Balıqlar - Yanlış əməl və ya səhv qərar çətinliklər yarada bilər. Ona görə də ən xırda detallara, təfərrüatlara belə, fikir verin. Yeni layihəyə və ya biznesə başlamaq üçün yaxşı zaman deyil. Sevdiyiniz insana axşam saatlarında xoş hisslər, hədiyyə bəxş edin.BAKU.WS
Oxşar xəbərlər
Həftənin ilk iş gününün qoroskopu - 30.07.2018
BAKU.WS milli.az-a istinadən günün qoroskopunu təqdim edir:Qoç - çox şey vəd edən uzunmüddətli investisiyalar yatırmaq şansınız var. Riskə getmək baxımından çox...