Balaca Fərəhə mahnı həsr olundu (VİDEO)
19 may tarixində Binəqədidə 16 mərtəbəli yaşayış binasında baş verən yanğın zamanı dünyasını dəyişən 3 yaşlı Fərəh üçün mahnı bəstələnib.
BAKU.WS məlumat verir ki, Fuad Fərəh Əhməd kimi tanınan gənc müğənni "Fərəh bala" adlı mahnısını balaca Fərəhin xatirisənə həsr etdiyini bildirib. Mahnıya klip də çəkilib. Klipdə Fərəhin şəkilləri nümayiş olunub.
Xatırladaq ki, 19 may tarixində Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında penoplast üzlüyün alışması nəticəsində yanğın baş vermişdi. Yanğında 16 nəfər dünyasını dəyişib, 54 nəfər isə xəsarət almışdı.
BAKU.WS mir.az-a istinadən sözü gedən mahnının klipini təqdim edir.
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın: 30 nəfər təxliyə olundu
Bakıda çoxmənzilli yaşayış binasında yanğın olub. BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmən...