Bakıda 256 kiloqramlıq qadının üzərində inanılmaz əməliyyat – FOTO

Bakıda 256 kiloqramlıq qadının üzərində inanılmaz əməliyyat – FOTO
Şou-biznes 1093
Bakıda 256 kiloqram çəkisi olan qadının mədəkiçiltmə əməliyyatı edilib.BAKU.WS xəbər verir ki, cərrahiyyə əməliyyatını tibb elmləri doktoru, cərrah Fərid Rəfiyev həyata keçirib.Cərrah, qadın pasientini bu əməliyyata 1 ay hazırladığını deyir:“Tibbi təcrübəmdə rast gəldiyim ən çəkili pasientimin bu gün əməliyyatı uğurla nəticələndi. Pasientimiz bizə 256 kilo çəki ilə müraciət edib. Xəstə 1 aylıq hazırlıq-pəhriz dövründə cəmi 7 kiloqram arıqlaya bildi. Bir ay hazırlıq aparılandan sonra bu gün əməliyyata alınıb. Əməliyyatın əvvəlində çəkilən bu foto çox şey deyə bilir. O anda olan düşüncə və fikirlərin sayı hesabı yox idi. Sonda isə əməliyyatın uğurla başa çatması ən böyük hədiyyəmiz oldu”.
Zülfiyyə Qurbanova

Son xəbərlər