Bakıda “Casa del Arte” italyan butiki açılıb: Heyrətamiz hədiyyələrdən ibarət “İncəsənət dünyası” (VİDEO, FOTO)
26
dek
2017
10:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu butikə daxil olanda özünü sanki muzeydə, ən mahir italyan sənətkarlarının düzəltdiyi əla əl işlərindən ibarət ecazkar və məftunedici dünyada hiss edirsən. “Casa del Arte” italyan dilindən tərcümədə “İncəsənət dünyası” deməkdir, burada təqdim edilən Svarovski kristalları və digər qiymətli daşlarla düzəldilmiş nadir əl işləri - keramika məmulatları originallıqla estetik zövqün ahəngini yaradır. Onların düzəldilməsində bədii tərtibat vermə və şirləmənin köhnə və müasir texnologiyaları tətbiq edilib, qızılı və platin çalarlar əks olunub. Sevgi və tükənməz xəyalla hazırlanmış keramika məmulatları özünün heyrətamiz gözəlliyi və müxtəlifliyi ilə valeh edir. Bu cür məmulatlar evin parlaq bəzəyidir, eləcə də ad günləri, yubileylər, nişan və toy mərasimləri, cürbəcür şadlıqlar və həyatın xoşbəxt günləri üçün gözəl hədiyyədir. Bu hədiyyələr hər kəsin ürəyincə olacaq!
“Casa del Arte”dən ruhlanan peşəkar komanda Bakının bu valehedici butiki haqqında reklam çarxı çəkib. Azərbaycanın ən gözəl ifaçılardan biri Nura Suri baş qəhrəman obrazını canlandırıb, müğənni həm də çarxın ideya müəlliflərindən biridir. İdeya müəllifləri qismində, həmçinin Syama Rəsulova və Samirə Xasməmmədova çıxış ediblər. S. Xasməmmədova, eyni zamanda layihənin prodüseridir. Fərhad Əli isə reklam çarxının rejissoru və fotoqrafıdır. Layihə üçün xüsusi olaraq Sophie Couture studiosu tərəfindən iki paltar tikilib. Maraqlıdır ki, çəkilişlərin bir qismi Hacı Zeynalabdin Tağıyevin Ev muzeyində (Milli Azərbaycan Tarix Muzeyində) aparılıb. İlk dəfə olaraq reklam çarxının çəkilişləri Bakının bu tarixi binasında həyata keçirilib!
“Made in İtaly” yazısında əsas fikir ondan ibarətdir ki, yeni formalarla və original bədii tərtibatlarla təcrübə apararkən həqiqi sənətkarlıq ənənələrinə sadiqliyi qorumaq lazımdır.
Sosial vəziyyətindən asılı olmayaraq hər kəs italyan sənətkarlarının heyrətamiz yaradıcılıq məhsullarını əldə edə bilər. Bütün məmulatlara italyan keyfiyyət sertifikatı əlavə olunur.
“Casa del Arte”nin şüarı gözəllik və mükəmməliyə can atmaqdır. Hamını butikə baş çəkməyə, hər kəsin ürəyincə və şübhəsiz həyatda ən yaxşı olacaq istəkli hədiyyə seçməyə dəvət edirik!Ünvan: Bakı, Məmməd Araz küçəsi, 25 B (keçmiş Teymur Əliyev). Məlumat üçün telefon nömrəsi: +994515000020İnstagram: https://www.instagram.com/casadelartebakuFacebook: https://www.facebook.com/casadelartebaku/ 







Oxşar xəbərlər
Türkiyənin helikopter və qırıcıları Azərbaycanda havaya qaldırıldı (FOTO)
Bu gün ölkəmizdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri başlayıb.BAKU.WS-in məlumatına g...