Baba Vəziroğlunun həyat yoldaşı: "Mənim üçün yaş fərqi görünmür" - VİDEO

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu "Qonağım ol" proqramına qatılıb.
BAKU.WS xəbər verir ki, veriliş zamanı şairin həyat yoldaşı jurnalist Zəminə Rüstəmova ondan danışıb. O, Babanın çox mülayim xasiyyətli insan olduğunu bildirib:
"Yaradıcı insanla ailəli olmaq çətindir. Amma Baba müəllimin xasiyyəti çox həlimdir. Onun yanında onu tərifləmirəm. Amma başqalarının yanında deyirəm ki, nə yaxşı qarşıma Baba müəllim kimi adam çıxıb. Qismətimdən razıyam. Düzdür, insanlar üçün aramızdakı yaş fərqi görünür. Mənim üçün isə görünmür. Düşünürəm ki, əsas xarakteri vacibdir".
Qeyd edək ki, Baba Vəziroğlu ilə Zəminə Rüstəmovanın Kamal adlı övladı var.

Oxşar xəbərlər
AzTV-də sərt QƏRAR! Bu şəxslər "hə" demədən efirə çıxa bilməyəcəklər - SİYAHI
Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb.Azərb...