Azərbaycanlı cütlük Eyfel qülləsinin qarşısında "Sarı gəlin" mahnısını ifa etdi - FOTO

Azərbaycanlı cütlük Eyfel qülləsinin qarşısında Sarı gəlin mahnısını ifa etdi - FOTO
Şou-biznes 1586
Azərbaycanlı nişanlı cütlük tərəfindən diqqət çəkən addım atılır. BAKU.WS xəbər verir ki, xarici ölkələri gəzərək Azərbaycan mahnılarını ifa edən musiqiçi cütlük bu dəfə Fransada olublar. Musiqiçilər Rizvan Əliyev və Röya Miriyeva "Street cover" layihəsi ilə dünyanın bir çox ölkəsinə səyahət edib, orada həmin ölkənin memarlıq abidələri, rəmzi olan yerlərin qarşısında Azərbaycan mahnıları səsləndirirlər. Onlar bu dəfə Eyfel qülləsinin qarşısında "Sarı gəlin" mahnısını ifa ediblər. Bu görüntülər onların “Instagram” hesabında yayılıb. Həmin görüntüləri təqdim edirik: Ziya SƏCCADBAKU.WS

Son xəbərlər