Azərbaycanlı aktrisaların iki fərqli obrazı - FOTOSESSİYA

Azərbaycanlı aktrisaların iki fərqli obrazı - FOTOSESSİYA
Şou-biznes 1823
Aktrisalar Cəmilə Tağızadə və Zarina Qurbanova yeni fotosessiya üçün obyektiv qarşısına keçiblər.İki mehriban rəfiqə yeni işlərini eksklüziv olaraq BAKU.WS-ə təqdim ediblər. Aktrisalar fotosessiya barədə ayrı-ayrılıqda fikirlərini də bizimlə bölüşüblər.
Cəmilə Tağızadə:"Uzun illərdir Zarina Qurbanova ilə tanışam, rəfiqəlik edirik. Çoxdandır fərqli bir üslubda fotosessiya etdirmək istəyirdim. Düzünü desəm, bu çəkilişi anidən etdik. Bir gün danışdıq, növbəti gün kamera qarşısına keçdik. Digər həmkarım məndən incik düşdü, çünki onunla fotosessiya etdirmək istəyirdim, amma vaxtım olmadı, Türkiyəyə qayıtmalıydım. Fotosessiyamızda iki güclü qadını göstərmək istədik. Biz bir xanımın nə qədər zərif, eyni zamanda nə qədər güclü olduğunu tamaşaçılara çatdırdıq. Yəni qadın zərif olduğu qədər güclüdür, zəif deyil".
Zarina Qurbanova:"Bu ideya ağlımıza bir-birimizdən xəbərsiz gəlib. Bir müddət əvvəl düşünürdüm ki, uğurlu aktrisalarımızın biri ilə Bakının köhnə dönəmlərini əks etdirən fotosessiya edim. Elə oldu ki, görüşlərimizin birində bu ideyamı Cəmiləyə dedim, sən demə, Cəmilənin də belə bir ideyası var imiş. İkinci fotosessiyamızda isə işgüzar, güclü, amma eyni zamanda zərif xanımların obrazını canlandırmışıq. Bunu daha çox incəsənət sahəsində çalışan xanımlara şamil edərdim, çünki bizə həqiqətən də bəzən çətin olur. Fotolara baxanda düşünmək olar ki, orada iki kişi əyləşib, amma o zəriflik, gözəllik də gözdən qaçmır". Qeyd edək ki, fotoların müəllifi Rəşad Məmmədovdur. Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər

Tanınmış müğənni Nura Suridən yeni fotosessiya

Tanınmış müğənni Nura Suridən yeni fotosessiya

Tanınmış müğənni Nura Suri yeni fotosessiya etdirib.Bu layihədən ötrü saç rəngini dəyişən ifaçı BAKU.WS-ə danışaraq fotosessiya barədə fikirlərini belə dilə gət...

2915 Şou-biznes 15:04 26 yanvar 2018

Son xəbərlər