Azərbaycanda "Facebook"a daha sürətli qoşulmaq mümkün oldu
08
noy
2017
21:50
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan milli magistral (backbone) internet operatoru "Azertelecom" MMC ilə "Facebook" korporasiyası arasında "Facebook" şirkətinin CDN (məzmun çatdırılma şəbəkəsi) keş serverlərinin "Azertelecom" MMC-nin Data mərkəzində yerləşdirilməsi barədə müqavilə imzalanıb. BAKU.WS xəbər verir ki, bu barədə Trend-də "Azertelecom" MMC-nin baş icraçı direktoru Fuad Allahverdiyev bildirib.Onun sözlərinə görə, artıq "Facebook" şirkəti ilə imzalanmış müqaviləyə uyğun olaraq, şirkətin serverləri "Azertelecom" MMC-nin Data mərkəzində uğurla quraşdırılıb və cari ilin noyabrın 1-dən etibarən tam olaraq istifadəyə verilib:"Facebook" şirkətinin CDN keş serverlərinin quraşdırılması ölkəmizdə yerli "Facebook" istifadəçiləri üçün geniş imkanlar açır. Belə ki, bu serverlərin "Azertelecom"un Data mərkəzində yerləşdirilməsi ilk növbədə bu sosial şəbəkənin istifadəçilərinə "Facebook" kontentinə daha qısa zaman ərzində qoşulmaq və tələb olunan kontenti daha asan və sürətli şəkildə yükləmək imkanını yaradır. Digər tərəfdən, "Facebook"un təqdim etdiyi kontentin yüklənməsi üçün trafik artıq xarici Data serverlərdən deyil, məhz "Azertelecom" MMC-nin Data Mərkəzindəki serverdən yüklənir ki, bu da birbaşa olaraq kontentin keyfiyyətinin əhəmiyyətli şəkildə yüksəlməsinə gətirib çıxarır. Eyni zamanda, bu yenilik xaricdən alınan trafikə də müvafiq olaraq qənaət edilməsinə, qənaət olunan trafikin isə daha optimal şəkildə digər istiqamətlərdə istifadəsinə əlverişli şərait yaradır".F.Allahverdiyev deyib ki, "Azertelecom" şirkətinin "Facebook" korporasiyası ilə bu əməkdaşlığı Azərbaycanda populyar olan bu sosial şəbəkənin istifadəçiləri üçün kontentin çatdırılmasını maneəsiz, sürətli və daha əlçatan etməklə bərabər məlumatların da emalını sürətləndirir.Qeyd edək ki, "Azertelecom" MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və telekommunikasiya operatorunun təqdim etdiyi xidmətlər arasında internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SIP telefoniya, FTTB (binaya qədər fiber optik xətt), Data mərkəz xidmətləri, VPN (virtual şəxsi şəbəkə), VoIP (IP protokolu üzərindən səsin ötürülməsi), DDOS hücumundan müdafiə və digər xidmətlər var. "Azertelecom" MMC müştərilərə innovativ və yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin təqdim olunması istiqamətində fəaliyyətini davam etdirir.BAKU.WS
Oxşar xəbərlər
Facebook-a mobil telefonlarla daxil olanlara ŞAD XƏBƏR
Android telefonu olan Facebook istifadəçilərinə yeni xəbər var. Milli.Az hurriyet-ə istinadən xəbər verir ki, "Apple" istifadəçilərinə daha əvvəl gələn bu xüsu...