Azərbaycanlı müğənninin azyaşlı qızı Moskvada qəza keçirdi - VİDEO

Azərbaycanlı müğənninin azyaşlı qızı Moskvada qəza keçirdi - VİDEO
Video
Şou-biznes 1678

Müğənni İntizar Məmmədzadənin qızı qəza keçirib.

BAKU.WS vesti.az-a istinadən xəbər verir ki, hadisə Moskvada baş verib.

İfaçı bildirib ki, 9 yaşlı övladı Əsməray əylənən zaman ciddi xəsarət alıb:

"Yanvarın 21-də qızımın ad günündə əyləncə mərkəzinə yollandıq. Kartinq zamanı qızımın təhlükəsizlik kəməri bağlanmayıb. Maşın divara çırpılarkən zərbə alıb. İki böyrəyi, dalağı və mədəaltı vəzi zədələnib. Dörd gün reanimasiyada qalıb.

Hazırda Moskvada klinikalardan birində yatır. Böyrəkləri və dalağındakı problem qismən aradan qaldırılıb. Amma mədəaltı vəzi hələ də sağalmır".

Müğənni hadisə ilə bağlı polisə müraciət etdiyini bildirib. Uşağa təhlükəsizlik kəmərinin bağlanılmamasının səbəbi araşdırılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Moskvanın mərkəzində baş verən atışmadan ŞOK VİDEO

Moskvanın mərkəzində baş verən atışmadan ŞOK VİDEO

Rusiyanın paytaxtı Moskvada, Federal Təhlükəsizlik Xidmətinə aid bina yaxınlığında atəş açan şəxsin kimliyi müəyyənləşib. "Report" Rusiya mətbuatına istinadən x...

1198 Hadisə 08:43 20 dekabr 2019

Son xəbərlər