Azərbaycanlı müğənni səsinin batmasından danışdı: "Evə gəlib, səhərə qədər ağlamışam" - VİDEO

Azərbaycanlı müğənni səsinin batmasından danışdı: Evə gəlib, səhərə qədər ağlamışam - VİDEO
Video
Şou-biznes 419

ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı əməkdar artist Cabir Abdullayev olub.

Müğənni səsinin batmasından və həmin zamanlarda çətin günlər keçirməsindən söhbət açıb:

“Evin sonbeşiyi olmuşam. “Qarabağ bülbülləri” ansamblında oxuyurdum. O məktəbi keçməyən Ağdam ifaçısı, mənə elə gəlir ki, olmayıb. Uşaqlıqdan bu aləmə daxil oldum. Qeyri-adi səsim var idi. Adicə toy şənliklərinə gedəndə uşaq idim deyə məni qucaqlarında aparardılar.

Günlərin bir günündə məclislərin birində oxuduğum yerdə səsim dolaşdı. Üstündən 1 həftə keçdi səsim başqa tembrdə oldu, sonradan isə təmiz batdı. Adi insalar kimi oxumağa səsim olmadı.

Mən o zaman zərbə aldım. 14-15 yaşım olardı. O vaxtlar 5 nəfərdən birinin səsi var idi. Həmin vaxtlarda mağarın girəcəyinə söykənirdim. Mağara dəvət etmirdilər, oxumaq qalsın bir yana. O qədər olub ki, orda ağlamışam. Evə gəlib, səhərə qədər ağlamışam”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər