Azərbaycanlı müğənni: "5 il övladımın nə səsini eşitdim, nə üzünü gördüm"
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Aynur Dadaşova həyatında yaşadığı çətin məqamlardan danışıb.
BAKU.WS xəbər verir ki, "Zaurla Günaydın" verilişinə qonaq olan ifaçı 5 il övladının üzünü görmədyini açıqlayıb:
"Həyatımda çətin məqamlar oldu. Cavan bacımı itirdim, atam rəhmətə getdi, 5 il övladımın nə səsini eşitdim, nə üzünü gördüm. Mənim var-dövlətim səbrimdir. Allaha sığındım. Çörəyimi də, işimi də, tamaşaçı sevgisini də Allahdan istədim".
5 ildir oğlu ilə danışmayan Dadaşova hazırda onunla barışdığını söyləyib:
"Kiminsə övladı ilə çəkilişini görəndə içimdə başqa ab-hava olurdu. Şükür, indi oğlum yanımdadır. Övladla reklam olunmaq istəmirdim. Bu günə şükür, balam yanımdadır. Qızım Nuray, oğlum Elşad sağ olsunlar".
Qeyd edək ki, ifaçı həyat yoldaşından ayrılanda oğlu atası ilə gedib və o gündən anasını danışdırmayıb.
Oxşar xəbərlər
Yaşar Cəlilov görüşmədiyi 3 yaşlı qızı haqqında: "O, rəhmətə gedəndə..." - FOTO/VİDEO
Müğənni Yaşar Cəlilov şəxsi həyatı ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, "Zaurla Günaydın" verilişinə qonaq olan sənətçi qalmaqallı şəkildə ayrıldığı keçmi...