Azərbaycanlı bloger Hüseyn Həsənov EVLƏNİR? - FOTO/VİDEO

Azərbaycanlı bloger Hüseyn Həsənov EVLƏNİR? - FOTO/VİDEO
Foto Video
Şou-biznes 593

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovla bağlı yeni xəbərlər yayılıb.

BAKU.WS xəbər verir ki, artıq bir neçə gündür ailəsi ilə Bakıda olan blogerin evlənmək üçün paytaxta təşrif buyurduğu bildirilib.

Bu iddiaların yayılmasına səbəb Hüseynin sosial şəbəkədəki paylaşımları olub.

Belə ki, Həsənov 26 milyonluq instaqram hesabında rus dilində "24.04.2023. Nəhayət Hüseyn evlənir" sözlərini qeyd edib.

Paylaşdığı videolardan birində isə onun anasının da Bakıya gəldiyi kadrlar yer alıb. Bu da yayılan iddiaları daha da gücləndirib.

Hüseynin qəfil evlənəcəyi xəbəri sosial şəbəkə izləyicilərini təəccübləndirib. Onlar blogeri təbrik ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər