Azərbaycanlı aktrisa: "Qala gecəsinə açıq-saçıq geyinən ilk aktrisa mən olmuşam" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Dava-dalaş və söz-söhbətdən çox uzaq adamam. İndiyə qədər Azərbaycanda qala gecəsinə açıq-saçıq geyimdə qatılan ill aktrisayam... O da mənim düşüncəmdə açıq-saçıq geyim deyildi".
BAKU.WS xəbər verir ki, bu sözləri aktrisa Ülfət Bəşir deyib.
"Səhərin səsi" verilişinə qonaq olan Ülfət bu günə qədər qalmaqaldan uzaq olduğunu dilə gətirib. Aktrisa bir zamanlar ölkə mətbuatında müzakirələrə səbəb olan açıq-saçıq geymindən də danşıb. O bu barədə yayılan söz-söhbətlərə də reaksiya vermədiyini deyib:
"Həmin vaxtlar Azərbaycanda qala gecələri çox təşkil edilmirdi. Mən də bu barədə "Google"da axtarış etdim. Orada xarici aktyorların geyimlərindən bir detal götürdüm və öz geyimimi ona uyğunlaşdırdım. Sonra başladılar ki, "Gənc aktrisa qala gecəsinə yarıçılpaq gəldi". Mənim yaradıcılığımda bir bu söhbət mənə toxundu. Onu da qulaq ardına vudum".
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...