Aygünlə küsülü olduğu vaxtlardan danışan Namiq: "Xaricdə səhnə alırdıq" - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu keçmiş duet ortağı olan Xalq artist Aygün Kazımovadan danışıb.
BAKU.WS xəbər verir ki, meyxanaçı "Magazin plus"a açıqlamasında Kazımova ilə yeni duetlər haqqında fikirləşdiyini bildirib.
Namiq açıqlaması zamanı Aygünlə heç vaxt küsülü olmadığını, həmin vaxtlar burada deyil də xaricdə toylarda bir duet oxuduqlarını deyib:
"Heç bir hadisə olmadı. Əvvəllər Bakıda bu qədər dəvət almırdıq. Biz Moskvada dəfələrlə çıxış edirdik. Sonra burada da bizə tələbat yarandı və getdik. Burada qeyri-adi heçnə yodur. İnsanlar əvvəl dəvət etmirdi, getmirdik. İndi dəvət edirlər gedirik".
Xatırladaq ki, Aygün və Namiq uzun illər duet ortağı olublar. Bir çox sevilən duetlərə imza atan məşhur ikili daha sonra bu iş birliyini qalmaqallı şəkildə sonlandırıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
