Aygün Kazımovanın qalibi olduğu "Bakı Payızı" yenidən başlayır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gənc estrada ulduzlarının müsabiqəsi "Bakı Payızı" yenidən start götürəcək.
BAKU.WS xəbər verir ki, “Bakı Payızı-2023”də iştirakçılar beş janr üzrə seçiləcək. Bunlar estrada vokalçıları, qruplar (pop, rok), müasir xoreoqrafiya və orijinal janrdır.
Bu barədə müsabiqənin sosial şəbəkə hesabında bildirilib.
Layihənin təşkil edilməsində məqsəd ölkədə müasir estrada sənətinin inkişafına təkan vermək, gənclər arasında yeni istedadlı ifaçıları üzə çıxarmaq və onların peşəkar inkişafında, böyük səhnələrə və beynəlxalq arenalara çıxışlarına dəstək olmaqdır.
“Bakı Payızı-2023”də bəstəkarlar arasında ən yaxşı mahnı müsabiqəsi də keçirilir. Müsabiqənin ənənəvi xarakter alacağı və Azərbaycan estrada sənətinin inkişafına yeni təkan verəcəyi planlaşdırılır.
Məlumat üçün bildirək ki, “Bakı payızı” ölkədə ilk dəfə 1988-ci ildə keçirilib. Xalq artisti Aygün Kazımova həmin yarışmanın qalibi olub.
Qalereya
Oxşar xəbərlər
Butulka satıb ailəsinə baxdı, 10 yaşında analıq elədi, Aygün Kazımova ilə əlbəyaxa oldu
Xalq artisti Röya Ayxan 1982-ci il iyunun 14-də dünyaya gəlib. BAKU.WS Kulis.az-a istinadən ifaçı haqqında maraqlı faktları təqdim edir. Röya Ayxanın Ağdam ray...