Aygün Kazımova: "Vəfalılar düşmür yada, vəfasızlar unudulmur" - FOTO/VİDEO

Xalq artisti Aygün Kazımova özəl günündə yenə adət-ənənəsinə sadiq qalıb.
BAKU.WS xəbər verir ki, Pop diva yeni klipini sevənlərinin ixtiyarına verib.
“Vəfasızlar unudulmur” adlı mahnının sözləri Şahin İlqar, musiqisi İsmayıl Əsədova məxsusdur.
Ekran işi Moskvada lentə alınıb. Klipin rejisoru və layihənin rəhbəri İbrahim Zahidlidir. Çəkiliş Rusiyanın məşhur “Mag film Moscow” şirkətinin heyəti tərəfindən reallaşdırılıb.
Klipdəki modellər də Rusiyadan seçilib.
Ölkənin əsas ulduzu klipdə beş fərqli obraz yaradıb. Kazımovanın stili üzərində dizayner Ülkər Zahidli çalışıb. Aygün Kazımova klipdə vəfasızlıqla üzləşən qadın obrazını canlandırıb.
Qalereya

Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...