Aygün Kazımova Azərbaycan Kubokunun finalında çıxış edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 2-də Azərbaycan Kubokunun finalında “Qarabağ” “Zirə” ilə üz-üzə gələcək.
BAKU.WS xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Həlledici qarşılaşmadan öncə konsert proqramı təşkil olunacaq. Ölkənin əsas ulduzu Aygün Kazımova konsert proqramı ilə çıxış edəcək. Pop kraliça sevilən mahnılarını həmin gün ifa edəcək.
“Azərbaycan Kubokunun final matçı mövsümün bağlanış oyunudur. Hər zaman olduğu kimi bu qarşılaşmanın da rəngarəng alınması üçün çalışırıq. Oyundan öncə Xalq artisti Aygün Kazımovanın konserti baş tutacaq. Bir çox planlarımız yekunlaşmaq üzrədir. Tamaşaçıların rahatlığı və finaldan zövq alması üçün hər bir imkan yaradılacaq” deyə, məlumatda bildirilib.
Oxşar xəbərlər
Butulka satıb ailəsinə baxdı, 10 yaşında analıq elədi, Aygün Kazımova ilə əlbəyaxa oldu
Xalq artisti Röya Ayxan 1982-ci il iyunun 14-də dünyaya gəlib. BAKU.WS Kulis.az-a istinadən ifaçı haqqında maraqlı faktları təqdim edir. Röya Ayxanın Ağdam ray...