Ayan: "Duvağı açılıb alnından öpülən o qədər gəlinlər gördük ki..." - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəlinlik mağazasının sahibi olan müğənni Ayan Babakişiyeva xəyalındakı gəlinliyi geyinmədiyini etiraf edib.
BAKU.WS xəbər verir ki, ifaçı bu barədə ARB-nin "Ona qalsa" proqramında danışıb.
Aparıcının mövzuyla bağlı sualını cavablandıran Ayan bunları deyib:
"Artıq övladım üçün gəlinlik xəyalları qururam. Reklam çarxlarında sima olaraq özüm çəkildiyim üçün bütün modellərin dadını, keyfini çıxarmışam. Təki bütün qızlarımız-xanımlarımız xoşbəxt olsun. Duvağı açılıb alnından öpülüb, "Sən mənim alın yazımsan" deyilən o qədər gəlinlər gördük ki, əksəriyyəti yarı yolda qaldılar. Ona görə də münasibətlər müzakirə olunmazdır".
Oxşar xəbərlər
Ayan Babakişiyeva intihara cəhd etdiyini etiraf etdi - VİDEO
Müğənni Ayan Babakişiyeva bir müddət əvvəl intihara cəhd etdiyini etiraf edib. BAKU.WS xəbər verir ki, ifaçı "ATV maqazin onlarla" proqramının "33 sual" rubrik...