“Avroviziya”dakı tanıtım çarxımız hazırdır - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edəcək Tural və Turan Bağmanovların tanıtım çarxının çəkilişləri yekunlaşıb.
BAKU.WS “olay.az”a istinadən xəbər verir ki, müxtəlif və biri-birindən gözəl məkanlarda reallaşan çəkiliş prosesi maraqlı xatirələrlə yadda qalıb.
Təmsilçilərimiz şahmat mövzulu videonu “Instagram” hesabında paylaşıb:
“Salam dostlar, biz Turan və Tural Azərbaycanlıyıq və şahmat oynamağı çox sevirik. Ona görə də, birlikdə yarışırıq. Görək kim qalib gələcək?”
Qeyd edək ki, bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq. Tural və Turan “Tell me more” mahnısı ilə yarımfinalın birinci günündə çıxış edəcəklər.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...