"Arka Sokaklar" yeni mövsümdə - Tamaşaçılar etiraz edir - VİDEO
31
avq
2019
12:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin fenomen serialı "Arka Sokaklar" yeni mövsümdə ekranlara qayıdır. BAKU.WS-in məlumatına görə, 10 ildən artıq müddətdir “Kanal D”də yayımlanan və hələ də reytinqlərdə birinci olan serial sentyabrın 13-dən yenidən yayıma başlayacaq.Qeyd edək ki, yeni mövsümdə tamaşaçıların “Mesut” obrazı ilə sevdikləri Şevket Çoruh serialda rol almayacaq. Bu obrazın serialdan çıxmağı tamaşaçıların çoxunu üzüb. Onun yoxluğu ilə barışa bilməyən serial həvəskarları sosial şəbəkələrdə kütləvi şəkildə etirazlara başlayıblar."Arka Sokaklar" yeni simalar qatılacaq. Bu mövsümdə serialda Yiğitcan Ergin, Ela Yörüklü və Gamze Topuz kimi məşhur simaları görmək mümkün olacaq.Qeyd edək ki, Türker İnanoğlunun rejissoru olduğu "Arka Sokaklar"da Zafer Ergin (Rıza Baba), Özgür Ozan (Hüsnü), İlker İnanoğlu (Engin), Oya Okar (Selin), Alp Korkmaz (Ali), Ozan Çobanoğlu (Hakan), Özlem Çınar (Aylin), Nazlı Tosunoğlu (Nazike), İpek Yaylacıoğlu Usta (Pınar), Hülya Kalebayır Çelik (Ayla), Merve Oflaz (Bahar) obrazlarını davam etdirəcəklər.
Oxşar xəbərlər
Təranə Səmədova yeni işə başlayıb
Prodüser Təranə Səmədova yeni işə başlayıb.BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, o, "Alatoran" serialında baş prodüser kimi işə dəvət alıb.Artıq çəkilişl...