Aqşin Fateh: "O vaxtlar Rəqsanənin bərk gedən vaxtları idi, mən də cavan uşaq..." - VİDEO

Müğənni Rəqsanə İsmayılovanın ifasında məşhurlaşan "Mən səni görmək istəsəm, hara gəlim?" mahnısının müəllifi meyxanaçı Aqşin Fateh imiş.
BAKU.WS xəbər verir ki, meyxanaçı bu barədə ARB-nin "Səhər-səhər" proqramında danışıb. O deyib ki, sözügedən mahnını Rəqsanə ilə duet oxumaq istəsə də, qarşı tərəf buna razı olmayıb:
"İlk məşhurlaşan mahnım Rəqsanə İsmayılovanın repertuarındakı "Mən səni görmək istəsəm, hara gəlim?" mahnısıdır. O vaxtlar Rəqsanə xanımın bərk gedən vaxtları idi, mən də cavan uşaq idim. Mahnını tək oxumaq istədi, mən də dedim ki, tək oxumaq istəyirsənsə, pulunu ver. O da acığa mahnının altına mənim adımı yazmadı. Adım müəllif kimi yazılmasa da, mahnımın kütləvi şəkildə tanınmasına çox sevindim".
Oxşar xəbərlər
"Ələkbər o cür danışandan sonra..." - Aqşin Fatehdən Ələkbər Yasamallıya CAVAB - VİDEO
"Həmin saatda ora getdim, nə sözüm varsa özünə dedim. Sonra da danışdıq ki, oradan kənarda görüşək, oturub-danışaq. Nə cür alındısa, 2 gündür Ələkbər gəlib çıxa...
