Ancelina Colinin Bred Pittə yazdığı təsirli mesaj MƏTBUATA SIZDI - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Hollivud ulduzu Ancelina Colinin keçmiş həyat yoldaşı Bred Pittə yazdığı duyğusal mesaj mətbuata sızıb.
BAKU.WS xəbər verir ki, sözügedən qeydləri xeyli izləyici kütləsi olan tiktok istifadəçilərindən biri yayıb. Mesajın Ancelinaya aid olmasını isə "Entertainment Tonight" xəbər saytı təsdiqləyib.
Colinin 2021-ci ilin yanvarında yazdığı mesajda cütlüyün ailə həyatı qurub uzun müddət yaşadığı "Miraval" sarayı ilə bağlı faktlar yer alıb.
Ancelinanın mesajı təsirli sözləri ilə diqqət çəkib:
"Bura bizim evləndiyimiz yerdir. Əkiz övladlarımız burada dünyaya gəldi. Bu evdə yaşlanacağımızı zənn etmişdim. İndi bunları ağlamadan yazmaq mənə o qədər çətindir ki... Düşünürdüm ki, bu malikanə hər zaman bizə xoşbəxtlik gətirib, hüzur verəcək. Belə olmadı. İndi isə mənim burada olmağımı belə istəmirsən. Bu mesajımı oxuyanda xoşbəxt olacağını bilirəm".
Qalereya
Oxşar xəbərlər
Ancelinanın qızı Şaylonun bu görüntüləri müzakirələrə səbəb oldu - FOTO/VİDEO
Hollivud ulduzu Ancelina Colinin qızı Şaylo yeni görüntüləri ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, Ancelina və Bred cütlüyünün ilk biloloji övladının rəqs...