Anar Nağılbazın heç yerdə yayımlanmayan görüntüsü – VİDEO

11
avq
2018
10:02
Mərhum reper Anar Nağılbaz ölümündən öncə yeni bir film çəkməyə hazırlaşırdı. O, saytımıza müsahibə verərkən filmi üçün səsləndirdiyi monoloqu lenta almağımızı xahiş etmişdi.BAKU.WS xəbər verir ki, ölümündən iki ay əvvəl “yenicag.az”a müsahibə verən reper həmin müsahibədən sonra Cəlil Məmmədquluzadənin "Ölülər” əsərindən Kefli İsgəndərin monoloqunu səsləndirib və bu görüntünü lentə almağımızı xahiş edib. Dediyinə görə, bu monoloqu yaxın günlərdə ekranlaşdıracağı filmə daxil edəcəkdi. O, həmin filmin intihar mövzusunda çəkiləcəyini demişdi. Reperin heç yerdə yayımlanmayan görüntüsünü təqdim edirik. BAKU.WS
Oxşar xəbərlər
Samiraldo Anar Nağılbazla bağlı faktı açıqladı: Zaqulba yolunda məni maşına mindirib… - VİDEO
Stilist Samiraldo mərhum reper Anar Nağılbazın yas mərasimində olub. BAKU.WS yenicag.az-a istinadən xəbər verir ki, stilist reperlə bağlı xatirəsini bölüşüb: “Ş...