"Alyonaya təzə-təzə çətin idi" - yenicə evlənən Eminlə səmimi söhbət - FOTOLAR
27
iyl
2018
11:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xalq artisti Emin Ağalarov Rusiyanın "StarHit" saytına eksklüziv müsahibə verib. BAKU.WS xəbər verir ki, bəstəkar-müğənni yenicə ailə qurmasından, övladlarından və bir çox başqa məqamlardan söz açıb. Həmin müsahibəni ixtisarla sizə təqdim edirik:- Alyona ilə toyumuzda ən yaddaqalan məqam...- Bir-birimizə "hə" dediyimiz an. - Qadınlarda ən çox buna dəyər verirəm...- Anlayışa. Daim məşğul olduğuma görə evdə çox olmuram. Bundan əlavə, mən hər şeyə qısqanclıqla yanaşıram. Ümumiyyətlə, Alyonaya təzə-təzə çətin idi. - Özümə heç vaxt icazə vermərəm...- Lülə-kababdan imtina etməyi. Bir şərq kişisi kimi əti çox sevirəm. Onu da deyim ki, əti çox gözəl bişirə də bilirəm. - Evimdə ən dəyərli əşya...- Səsyazma studiyası. O, həm də ən bahalıdır. Onu damla-damla toplamışam və alındığına görə qürur duyuram.
- Hər günüm ondan başlayır...- Əlimə "Iphone" almağımla və elə onunla da bitir. Xəbərlərə, sosial şəbəkələrə, valyuta məzənnəsinə, elektron poçt qutuma, mesencerə və s. baxıram. - Özümü bunda sınmaq istəyirəm...- Rəqsdə! - Övladlarımı buna öyrədirəm...- Hər şeyi haqları kimi qəbul etməmək. Bəli, onların uşaqlığı təmin olunub: böyük ev, dayələr, repetitorlar, mühafizəçilər... Mən tamamilə başqa, daha sadə şəraitdə böyümüşəm. Sərt olmaq lazım gəlir. Şəxsi təcrübəmdə onlara necə pul qazanmağı və s. şeyləri öyrədirəm. Atam məni 10 yaşım olanda özü ilə işə aparırdı və bu çox gözəl həyat məktəbi idi. Düşünürəm ki, davamçılarımız mənə və babalarına baxaraq, onlar da bu cür uğurlu olmaq istəyəcəklər. Məncə, Mika bizim yolumuzla gedəcək: riyazi bacarıqları var.
- Mənə hələ də buna görə utanıram...- Məktəbdə mənə siqaret verməyən yaşca böyük qızların saçlarına saqqız yapışdırmağıma görə. - Mənim kumirim...- Müslüm Maqomayevdir. Musiqidə hər hansısa bir qərar verməkdə çətinlik çəkəndə, düşünürəm ki, o bu halda necə addım atardı. - Zəif yerim...- Qəlyandır. Onu açıq eyvanda çəkməyi sevirəm. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Leyla Əliyeva Emin Ağalarovu təbrik etdi - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva eks həyat yoldaşı Emin Ağalarovu evliliyi münasibətilə təbrik edib.BAKU.WS xəbər verir ki, Leyla xanım bu...