Aktrisaya onu şoka salan 61 MİLYONLUQ ROL TƏKLİFİ EDİLDİ
Məşhur aktrisa Sidni Sviniyə rekord məbləğdə rol təklifi edilib.
BAKU.WS xəbər verir ki, "Euphoria" və "The White Lotus" serialları ilə tanınan aktrisaya 61 milyon 240 min dollar dəyərində rol təklifi edilib.
Bu məbləği eşidəndə Sidni özü belə şoka düşüb.
"Sidni əvvəlcə bu təklifi eşidəndə şoka düşdü. 45 milyon funt sterlinq... Bu inanılmaz məbləğdir. Lakin layihə kifayət qədər maraqlıdır və qlobal miqyasda onun nüfuzunu daha da artıra bilər" -deyə aktrisanın meneceri bildirb.
Ekran işinin süjet xəttində Sidni hindli məşhura aşiq olan amerikalı gənc qızın həyat hekayəsindən bəhs ediləcək.
Hələ ki layihə rəsmi olaraq təsdiqlənməyib. Lakin xərclənəcək pul layihənin böyük miqyasda olacağını ortaya qoyur.
Ekran işi Hollivudla yanaşı Bollivudda da nümayiş olunacaq. Çəkilişlər Nyu York, London, Dubay kimi şəhərlər reallaşacaq.
Oxşar xəbərlər
"Kurtlar Vadisi"nin "Polat Alemdar"ı illər sonra bu serialda çəkiləcək
Məşhur aktyor Necati Şaşmaz uzun illərdən sonra serialda rol alacaq. BAKU.WS xəbər verir ki, Kurtlar Vadisi"nin Polat Alemdarı reytinqləri alt-üst edən "Yeraltı...