Aktrisanın qızı doğuş prosesini anbaan lentə aldı (FOTO)

Aktrisanın qızı doğuş prosesini anbaan lentə aldı (FOTO)
Şou-biznes 9487

Amerikalı aktrisa Syuzan Sarandonun qızı Yeva Amurri ikinci dəfə ana olub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Yeva doğuş prosesini foto-kadra köçürtdürərək, daha sonra şəxsi saytında yayımlayıb. 

Şəkillərdə sancı prosesi və uşağın doğulma anı əks olunub. Şəkillərdən də görünür ki, doğuş xəstəxanada deyil, evdə olub.

Uşağın doğuş anında Yevanın yanında əri Kayl Martino da olub.

Xatırladaq ki, Yeva Amurri ilə Kayl Martino 2011-ci il oktyabrın 29-da evləniblər.

2014-cü ilin avqustunda cütlüyün ilk övladları – qızları Marlou dünyaya gəlib. Bu günlərdə isə onların oğlu Meycor doğulub.

Aysel.Ş

BAKU.WS

Oxşar xəbərlər

Doğuş Azərbaycanda konsert verəcək

Doğuş Azərbaycanda konsert verəcək

Türkiyəli müğənni Doğuş konsert turnesinə çıxacaq. Axşam.az-ın məlumatına görə, sənətçinin konsert siyahısında Bakı və Sumqayıt da yer alıb. Doğuş sentyabrı...

1681 Şou-biznes 12:00 18 sentyabr 2016

Son xəbərlər