Ağamirzənin "müəllim" dediyi meyxanaçı QALİB OLDU
ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda ¼ mərhələnin növbəti iştirakçısı məlum olub.
BAKU.WS xəbər verir ki, bu dəfə 1/8 mərhələdə meyxanaçılar Pərviz Həşimovla Tərlan Xəlilov üz-üzə gəlib. Gərgin keçən bu yarışda Tərlan həmkarı Pərvizi üstələyərək ¼ mərhələyə yüksəlib. Yarışmaya qonaq qismində qatılan meyxana ustadı Ağamirzə Tərlan Xəlilovla bağlı xoş sözlər səsləndirib.
Ağamirzə, dünyasını dəyişən meyxanaçı Ağa Kərimlə bağlı ev tapşırığına görə, Tərlana təşəkkür edib və ona müəllim dediyini bildirib. Qeyd edək ki, 1/8 mərhələnin son görüşü Elxan Lətifovla Valeh Musayev arasında tutacaq. Meyxanaçılar arasında baş tutacaq son görüş mart ayının 8-i keçiriləcək. Görüş 22:00-da ATV-də yayımlanacaq.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Ebru Gündeş konsertdə estetik etirafı ilə gündəm oldu
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş konserti zamanı etdiyi açıqlama ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, sənətçi səhnədə estetik əməliyyat etdirdiyini...