Ad gününü qeyd edən Aygün Kazımova: "Özəl şəxsdən hədiyyə gəldi"
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Aygün Kazımovanın 53 yaşı tamam olub.
BAKU.WS xəbər verir ki, sənətçi paytaxtın dəbdəbəli məkanlarından birində özünə təmtəraqlı ad günü məclisi təşkil edib.
Məclisdə media nümayəndələri və pop divanın fanatları yer alıblar. Xalq artisti ad günündən əvvəl mətbuat nümayəndələri ilə görüş keçirib. Yeni layihələrindən danışıb. İfaçı bildirib ki, onun ad gününü ilk həmkarı Samir Bağırov təbrik edib:
"Həyatda insan öz cığırını tapmalıdır. Kiməsə oxşamağa çalışmamalıyıq. Çalışaq ki, öz yolumuz ilə gedək. Doğum günümdə hədiyyə gözləmirəm. Kim nə hədiyyə edirsə, o xoşdur. Özəl şəxsdən hədiyyə gəldi. Gecə 00:00 radələrində sənət dostum Samir Bağırov təbrik etdi. Çox sevindim. Dedim nə yaxşı bu addımı atdın. Onu axşam doğum günü şənliyimə dəvət etdim. Ən böyük hədiyyə oldu".
Daha sonra pop diva "Sağ-salamat" adlı yeni klipnin təqdimatını edib.
Oxşar xəbərlər
Rəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ƏN SƏS-KÜYLÜ TOYLARI - FOTO/VİDEO - SİYAHI
Şou aləmi 2022-ci ildə həm də çal-çağırı ilə yadda qaldı. Demək olar ki, bu ilin hər ayı məşhurların övladlarının xeyir işi oldu. Kimi oğlunu evləndirdi, kimi q...