SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Elnarə Xəlilova həyat yoldaşına mahnı və klip həsr edib.

“Ruh əkizi” adlanan mahnı onların tanışlıqlarının 20 illiyi münasibətilə ərsəyə gəlib.

Rejissoru Bəhruz Qurbanlı olan klipdə Elnarə və həyat yoldaşı Rövşən Cahangirovun özəl görüntüləri yer alıb. Görüntülərin əksəriyyəti onların toyundandır.

Mahnının musiqisi Rəşad Bağırova, sözləri Cavid Əhmədova aiddir.

Xatırladaq ki, Elnarənin həyat yoldaşı telejurnalist Rövşən Cahangirovdur. Cütlüyün dörd övladı var.

BAKU.WS
VİDEO