"Mən heç bir sənət dostumla efirə çıxmıram. Bunu dəfələrlə demişəm".
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Damla Xəzər TV-nin "5/5" verilişində aparıcının "Şəbnəm Tovuzlu sizlə efirə çıxmaq istəyib, amma razılaşmamısınız" sualına cavab olaraq söyləyib.

Damla sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən bəhs edib:

"Deyirlər, çox saxtadır, yalan danışır, özünü məsum kimi gözə soxmağa çalışır. Sanki qüsursuzdur, günahsızdır. İnsanlara özünü mələk kimi təqdim edir.

Sənət adamlarının çıxışlarını hər zaman izləyirəm. Hansısa bir sənət dostumun xətrinə dəymək, alçaltmaq, təhqir etmək, ələ salmaq, lağa qoymaq, dürüstlükdürsə, səmimiyyətdirsə...

Onlar haqda neqativ fikirlər demək və bunu "sözü üzə deyirəm" kimi qələmə vermək səmimiyyətdir? Bunları etmirəmsə, saxtakaram?"

Aysel
BAKU.WS
VİDEO