Tanınmış müğənni Nurlan Əzizbəylinin xanımı Afaq (Nərmin) Əzizbəyli dələduzluqda ittiham olunur.

BAKU.WS xəbər verir ki, Bakı şəhər sakini Kərimova Ofeliya Cümşüd qızı bu ittihamla ARB-nin "Elgizlə izlə" proqramında çıxış edib:

"Onunla uşaqlarımız bir yerdə oxuduğundan tanış olmuşuq. Bunların Nizami metrosunun yanında birotaqlı evi var. Bilirdi ki, əlimdə 30 min manat pulum var, getdi-gəldi, qabağımda ağladı ki, həmin evi ondan alım. Pullarım bankda idi, məni dilə tutub banka apardı, pulu çıxardıb ona verdim. Məni rəsmən aldatdı. Pulu verəndən sonra dedi ki, evin sənədləri yoxdur, gözlə sənədləri düzəldim. 5 ildir, pulumu geri ala bilmirəm. İşimiz məhkəmədədir, mənim xeyrimə qərar çıxarılıb, amma pulu qaytarmır".

Afaq Əzizbəyli studiya ilə telefon bağlantısı yaradaraq Ofeliya xanımın söylədiklərini qismən təsdiqləyib. Ona 30 min manat borclu olduğunu etiraf edib və bildirib ki, həmin pulu imkan yaranan kimi qaytaracaq.

BAKU.WS
VİDEO