VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Deməsək, olmaz" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı analıq məzuniyyətinə çıxdığını elan edib.
 
ANS PRESS-in məlumatına görə, bu barədə o, apardığı verilişdə deyib. Xoşqədəm Hidayətqızı öz kürsüsünü İradə İsaqa təhvil verərək, tamaşaçıları ilə müvəqqəti vidalaşıb: "Allahın mənə bəxş etdiyi çox böyük bir hiss yaşayıram. Yaxın vaxtlarda ana olacağam. Ona görə analıq məzuniyyətinə gedirəm. Amma yeni layihələrlə geri dönəcəm. Bu məsələ ilə bağlı müzakirələr apararkən çox narahat idim ki, mənim yerimə bu verilişi kim aparacaq. Amma bu gün böyük məmnuniyyətlə yerimi İradə İsaqa verirəm", - deyə Xoşqədəm Hidayətqızı qeyd edib.

Aparıcı eyni zamanda ANS TV-də ona dəstək olan hər kəsə öz minnətdarlığını da bildirərək, kövrəlib. O, eyni zamanda 5 yeni layihə üzərində işlədiyini və iki-üç aya geri qayıdacağını söyləyib. 


Xoşqədəm Hidayətqızı 2014-cü ilin oktyabr ayında Türkiyədə, dekabr ayında Bakıda Türkiyənin məşhur müğənnisi Doğuşla ailə həyatı qurub. Bakıdakı toyu şoumen Murad Dadaşov idarə edib. 
 

 

Bu ilin yanvar ayında ANS TV-nin daha bir məşhur siması Elgiz Əkbər də məzuniyyətə getmişdi. ANS PRESS-ə müsahibəsində Elgiz Əkbər bunun ailəsində baş verəcək xoşbəxt hadisə ilə əlaqələli olduğunu bildirib.

"Yaxın günlərdə ata olacam. Xanımımın mənə ehtiyacı var. Ona görə də məzuniyyətə çıxdım ki, xanımımın yanında olum”, - deyə aparıcı bildirib.

"Günəbaxan" verilişində Elgizi aparıcı Murad Əzimzadə əvəz edib. Daha sonra gənc ata yenidən "Günəbaxana" qayıdıb.
 
BAKU.WS