SİZİN REKLAM BURADA!
055 213 76 73


"190 azn ala bilmirsiniz deyə hər gün statuslar yazırsınız. Mən də sizə təklif etdim ki, belədirsə, tüpürün o pula. Onsuz da o pulla yaranız sağalmaz. İndi də başlamısınız şərhlərdə məni təhqir etməyə. Sizin kimilərə yaxşılıq etmək düzgün deyil. Nə tərbiyəniz var, nə mədəniyyətiniz, nə dərk edə biləcək ağlınız. Siz elə sabun ötürmə videolarına baxın və koronavirus haqda mahnılara qulaq asın. Mənim dediklərimi anlayacaq halda deyilsiniz".

BAKU.WS xəbər verir ki, bu sözləri "190 manatla yaranız sağalmaz, tüpürün o pula" statusuna görə təhqirlərə məruz qalan Nura Suri deyib.

İfaçı bir daha cəmiyyətin problemindən status yazmayacağını deyir:

"Boşanmış üçuşaqlı tək qadınam. Özüm qazanıb, uşaqlarımı böyüdürəm (böyütmüşəm). Həmişə xalqın yanında olmuşam, onların xeyrinə danışmışam, statuslar yazmışam. Amma bundan sonra susacam.

Şəxsən mən və ailə üzvlərim martın 18-dən evdən bayıra bir addım belə atmamışıq. İnsanları qıcıqlandıran heç bir video paylaşmamışam. Yemək videoları paylaşanları da qınayıram, çünki evində çörək pulu olmayan insanlar var. Hansılar ki, restoran və şadlıq evlərində, salonlarda çalışıb günlük pul qazanırdılar, qazancsız qalıblar. İllərdir, baxdığım ailələr var. Hansılar ki, mütəmadi olaraq hər ay yardım olunur. Bu haqda danışmaq istəmirəm, sevmirəm. Mənim və valideyinlərimin etdiyi yaxşılıqlar bir çoxuna məlumdur və bunu kiməsə nəsə sübut etmək üçün deyil, mərhəmət hissindən edirik.

Cəmiyyətimizdə, əfsuslar olsun ki, qanmaz insanlar az deyil. Heç kəsin sizə borcu yoxdur! Əgər insanlar sizə yaxşılıq edirsə, dəyərini bilin. Mənim dostlarım bu son günlərdə minlərlə ailəyə yardım ediblər. Biri deyir, bu nə paydır? O biri deyir, özlərini reklam edirlər və sairə.
190 azn ala bilmirsiniz deyə hər gün statuslar yazırsınız. Mən də sizə təklif etdim ki, belədirsə, tüpürün o pula. Onsuz da o pulla yaranız sağalmaz. İndi də başlamısınız şərhlərdə məni təhqir etməyə. Sizin kimilərə yaxşılıq etmək düzgün deyil. Nə tərbiyəniz var, nə mədəniyyətiniz, nə dərk edə biləcək ağlınız. Siz elə sabun ötürmə videolarına baxın və koronavirus haqda mahnılara qulaq asın. Mənim dediklərimi anlayacaq halda deyilsiniz".

 

Aysel
BAKU.WS