İki qız atası olan Əməkdar artistin boşanma xəbəri yayıldı - FOTO

Əməkdar artist Hüseyn Məhəmmədoğlunun boşanma xəbəri yayılıb.
BAKU.WS xəbər verir ki, iki qız atası olan klarnet ifaçısının həyat yoldaşı İnci xanımla boşanma ərəfəsində olduğu, hətta cütlüyün boşanma işinə Xətai Rayon Məhkəməsində baxıldığı deyilir.
Tərəflər bu barədə açıqlama verməkdən yayınsalar da, musiqiçinin sosial şəbəkədəki paylaşımları şayiələrin yalan olmadığı fikrini təsdiqləyir.
H.Məhəmmədoğlunun "Nə varsa, bil ki, hamısını səndə tapmışam. Mənim dünənim olmayıb, səninlə var olmuşam. Məndə heç nə axtarma, çünki artıq mən sən olmuşam!" - statusunun altında yazılan şərhlər isə xəbərin doğru olduğunu bir daha isbatlayır.

Oxşar xəbərlər
Zaur efirdə qonağını biabır etdi: "Klarnet çalanda diş lazım olmur?" (VİDEO)
Xəzər TV-də yayımlanan 5/5 verilişində maraqlı anlar baş verib. BAKU.WS-in məlumatına görə, verilişdə qonaq olan klarnet ifaçısı Zahid Sabirabadlı ilə aparıcı Z...