85 yaşlı milyarder 59 yaşlı modellə evləndi (FOTO)

59 yaşlı keçmiş model, aktrisa Cerri Holl və dünyanın ən varlı adamları siyahısında olan 85 yaşlı media imperatoru Rupert Murdoçun toy mərasimi keçirilib.
BAKU.WS xarici KİV-ə istinadən məlumat verir ki, toydan ilk fotoları aktrisa Instagram hesabında paylaşıb. Cütlüyün toy fotosunda 10 övladı da yer alıb. Məşhur cütlüyün fotolarını tanınmış fotoqraf David Bailey çəkib.
Qeyd edək ki, bu, Murdoçun 4-cü, Cerrinin isə ilk evliliyi sayılır. Cerri 1992-ci ildə müğənni Mik Caqqerlə ailə qursa da, bu toy hindu qaydalarına uyğun keçirildiyinə görə qanuni hesab edilmir. Cerrinin Mikdən 4 övladı, Rupertin isə ilk üç evliliyindən 6 övladı doğulub.
BAKU.WS


Oxşar xəbərlər
58 yaşlı kafedra müdiri 17 yaşlı tələbəsi ilə evləndi (FOTO)
Ukraynada gündəmə gələn qalmaqallı sevgi macərasının sonu toyla bitəcək. BAKU.WS-in məlumatına görə, Donetsk Milli Universitetinin 17 yaşlı I kurs tələbəsi Ma...