SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur musiqiçi Xanlar Cəfərovun qəfildən vəfat etməsi və ölüm səbəbinin açıqlanmaması koronavirusdan öldüyü barədə şayiələrin yayılmasına səbəb olub.

BAKU.WS xəbər verir ki, mərhumun həyat yoldaşı Mehparə xanım iddiaları rədd edib:

Top kimi adam 10 günün içində əridi getdi. Yox, yox, virusa yoluxmamışdı. Analizləri tərtəmiz çıxmışdı. Ürəyi xəstə imiş, bilməmişik. İranda müayinədən çıxıb, orada deyiblər tromb var. Bizə deməmişdi. 

Mənim qucağımda can verdi, onda virus olsaydı, mən də yoluxardım. Xahiş edirəm, belə şeylər deməyin. İnanmayanlar, həkimdən soruşa bilər".

Xatırladaq ki, 2 fevral 1956-cı ildə Bakının Əmircan kəndində doğulan X.Cəfərov 31 mart 2020-ci il tarixində vəfat edib. 

Aysel
BAKU.WS
VİDEO