SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyalı müğənni, teleaparıcı və dəb eksperti Viktor Brilliantovıy Bakıda ölümlə üz-üzə qalıb.

BAKU.WS xəbər verir ki, bu günlərdə paytaxtımıza qonaq gələn sənətçi dünənki güclü küləkdə təhlükəli anlar yaşayıb.

Viktor saytımıza açıqlamasında yaşadıqlarını belə anlatdı:

"Heydər Əliyev Mərkəzini ziyarət etmək istədim. Qəfildən güclənən külək məni sözün əsl mənasında uçurtdu. İnanın, ayaqlarım yerdən üzüldü və bir neçə metr uçdum. Artıq öləcəyimi düşünürdüm. Bu anda düz qarşımda taksi peyda oldu və mən ona dəydim. İndi o anları xatırlayanda dəhşətə gəlirəm. Maşının altına da düşə bilərdim... Külək o dərəcədə güclü idi ki, yanımdakı dostumla ikimiz taksinin qapısından yapışıb çox çətinliklə açdıq. Maşına oturanda sürücü dedi ki, ilk dəfədir, uçan insan görür. Hələ də yaşadıqlarımın təsirindən çıxa bilməmişəm. Çox sevdiyim Bakı məni öldürəcəkdi..."

Zülfiyyə Qurbanova
BAKU.WS
QALEREYA