SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti, tanınmış aktrisa Həmidə Ömərova qayınana olmaq arzusundan danışıb.

BAKU.WS yenicag.az-a istinadən xəbər verir ki, aktrisa yeganə övladı Rəhimi qohum qızla evləndirmək istədiyini, lakin oğlunun ona qarşı çıxdığını bildirib:

“İndiki gənclərə söz dedikcə, əksini edirlər. Oğlum da belədir, valideyn təzyiqini qəbul etmir. Deyirəm evlən, deyir ki, evlənmirəm. Buna görə də son vaxtlar onu boş buraxmışam ki, bəlkə, insafa gələ. İstəyirdim, qohum qızla evləndirim, oğlum istəmədi. Amma indi oğlum kimi sevsə, qəbul etsə, gəlinim olacaq, təki evlənsin. Onun zövqünü də bilirəm”.

Aktrisa oğlunu evləndirdikdən sonra ayrı yaşayacaqlarını da deyib:

“İstəməzdim, bir evdə yaşayaq. Aralarında konflikt olsa, istəmirəm ki, ata-ananın müdaxiləsi olsun. Özləri həll etsinlər. Təbii ki, valideynin də nəzarəti olmalıdır”.

Xalq artisti oğlunun sirlərini ondan gizlətdiyini də etiraf edib:

“Sevdiyi qız var, yoxdur, bilmirəm, sirlərini məndən gizlədir. Adətən övlad özünə daha çox fikir verəndə, ana ondan şübhələnir ki, yəqin, kimisə sevir. Amma mənim oğlum həmişə özünə fikir verdiyi üçün şübhələnə bilmirəm”.

BAKU.WS