Tanınmış aktrisa Pərvin Abıyeva yenə də paylaşımları ilə gündəmdə qalmağı bacarıb.

BAKU.WS xəbər verir ki, “İnstagram” səhifəsində gənclik fotosunu paylaşıb. O, şəkilə maraqlı şərh yazıb və illərin tez keçdiyini bildirib.

“Bu şəkildə çox gəncəm. Ancaq zirvəyə doğru baxan, həyatdan böyük ümidləri olan, günün birində ölkədə çox tanınan biri olacağını ağlına belə gətirməyən qız.

O vaxtlar desəydilər ki, sən bir neçə ilə aktrisa olacaqsan, ya da başına bu qədər işlər gələcək, gülərdim”, - deyə aktrisa bildirib.

Pərvin Abıyeva həyatının filmə bənzədiyini bildirib:

“Nə yaşadığımı mən bilirəm. Həyatımı müzakirə etməyi heç kimə icazə vermirəm. Həyatda başımıza hər şey gələ bilər. Hər zaman xoşbəxt olacağıq deyə bir şey yoxdur.

Sevdiyimiz insanları itirməyəcəyik kimi bir şey də yoxdur. Önəmli olan insanlığımızı itirməməkdir”.

Həmin foto izləmə rekordu qırıb və çoxsaylı izləyici tərəfindən müzakirə olunub.

Cavid Babayev
BAKU.WS
QALEREYA