77 yaşını qeyd edən Elmira Rəhimovanın doğum günündən - VİDEO + FOTOLAR
14
avq
2018
09:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Elmira Rəhimova 77 yaşını qeyd edib. BAKU.WS xəbər verir ki, xalq artistinin doğum günündə doğmaları ilə yanaşı aparıcı Hacı Nuran Hüseynov iştirak edib. Qeyd edək ki, Elmira Rəhimova 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olub. 50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb, Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistanda olub, hind mahnı və rəqslərini öyrənmişdi. Azərbəycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa etmişdi. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib. Elmira Rəhimova bir müddət Hindistanda yaşayıb. Müğənninin açıq səma altında oxuduğu Qənbər Hüseynlinin "Cücələrim" mahnısı sürəkli alqışlarla qarşılanıb. Ən maraqlısı o idi ki, 30 minlik hind tamaşaçısı mahnını xorla oxuyurdu və sonra müğənnidən həmin mahnını təkrar etməsini xahiş etmişdi.Hüseyn MəmmədsalahovBAKU.WS 







Oxşar xəbərlər
Brilliant Dadaşova oğlunun doğum günündə ağladı - VİDEO
Avqustun 9-da Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev doğum gününü qeyd edib. BAKU.WS xəbər verir ki, şəhər restoranlarının birində keçirilən ad g...